"Məmmədov və Partnyorları" şirkəti – Azərbaycan Respublikası müəssisələri və vətəndaşlarına hüquqi xidmət göstərilməsi sahəsində ixtisaslaşmış təşkilatdır. Zəngin hüquqi təcrübəyə malik olan "Məmmədov və Partnyorları" şirkəti, şirkət tərəfindən işlənib hazırlanmış müştərilərlə iş üzrə "Biznes vəkili" hüquqi kompleksini qürurla təklif edir. Bu proqram üzrə müqavilə Sizə nə üçün lazımdır? Bizimlə bir illik hüquqi müşaiyətə dair müqavilə bağlamaqla, Sizin sərəncamınızda bir hüquqşünas deyil, mülki, ailə, əmək, cinayət hüququ və vergi planlaşdırılması üzrə mütəxəssislərin çalışdığı bütöv bir şirkət olur. "Biznes vəkili" proqramı üzrə bizimlə işləyən müştərilər bilirlər ki, bütün gün ərzində Bakı və Sumqayıt şəhəri ərazisində hüquqi yardım ala bilərlər. "Məmmədov və Partnyorları" şirkəti, profesional hüquq şirkətinin müştəri qarşısında daşıdığı məsuliyyəti dərk edərək müştəri qarşısında professional məsuliyyətini sığortalamış azsaylı şirkətlərdən biridir. Hər bir sığorta hadisəsi üzrə sığorta ödənişi məbləği 20 000 manata çatır. "Biznes vəkili" kompleks proqramı vəkillə qarşılıqlı münasibətlərin ən rahat formasıdır. Bu proqram üzrə xidmətə aşağıdakılar daxil ola bilər:
Vəkil, bağlanmış müqavilə üzrə dövrdə bütün sutka ərzində işləyir, yəni Siz istənilən vaxt vəkilin Sizə vaxt ayıra və probleminizə kifayət qədər diqqət yetirə biləcəyinə əmin ola bilərsiniz. Vəkil artıq Sizin həyat şəraitinizə bələddir və Sizin problemlərinizi kompleks şəkildə həll edir, yəni bir problemi həll edərkən Sizə başqasını yaratmır və Sizin unikal vəziyyətinizin bütün nüanslarını nəzərə alır. Beləliklə də, Sizin problemləriniz daha operativ və effektiv həll olunur. "Biznes vəkili" proqramı üzrə vəkil xidmətləri birdəfəlik konsultasiyalar və ya kənardan olan vəkilin digər hərəkətlərindən daha ucuz başa gəlir. Bu halda, Siz məhz problemlərin yaranmaması üçün pul ödəyirsiniz – yəni, Siz gözlənilməz halların yaranmasının qarşısını alırsınız. Abunəçi xidmətlərinə nə daxildir? Müəssisələrin hüquqi-təsərüfat müşaiyəti üzrə tam xidmətlər kompleksi:
Bizimlə işləyən şirkətlər özlərinin tam hüquqi müdafiəsinə əmindirlər !!! |
|||||
|
|||||
|
All Rights Reserved © 2009
ammadov&Partners
:: Əsas
:: Partnyorlar
:: Xidmərlərimiz
:: Faydalı linklər
:: Müştərilərimiz
:: Əlaqə
:: Online mütəxəssis köməyi ::
(+994 12) 437 91 04 / 437 88 81
|