Ad / Soyad :


E-mail ünvanınız :


Telefon nömrəniz :


Sual :
  • Göndərən: Sadiq Quliyev Göndərildiyi tarix: 28.01.11
  • Sual: Müəssisənin direktoru və yeganə təsisçisi həmin müəssisənin fəaliyyətini dayandıraraq bir müddətdən sonra yeni müəssisə təsis edərək ona rəhbərlik edir.Bilmək istərdim:direktorun əvvəlki iş yeri (fəaliyyətini dayandırdığı müəssisəni nəzərdə tuturam)üzrə əmrində və əmək kitabçasının doldurulmasında Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməlidir.Mümkünsə qısa misal ilə izah edəsiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm

  • Cavab: İşçi ilə əmək münasibətlərinə AR Əmək Məcəlləsinin 68-75-ci maddələrində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə bilər. Bunula yanaşı işçi ilə bağlanan əmək müqaviləsində fərqli əsaslar da nəzərdə tutula bilər. Müəssisənin fəaliyyətinin dayandırılması əmək müqaviləsinə xitam vermək üçün əsas sayılmır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" paraqrafının müddəalarna görə müəssisə ləğv edildikdə, əmək müqaviləsi işəgötürın tərəfindən ləğv edilə bilər.
  • Göndərən: Gunay Shirinova Göndərildiyi tarix: 13.03.11
  • Sual: Salam. sizə bir sual vermək istərdim. əgər işçi işdən 1 gün qalarsa,mudirin onu proqulla işdən azad etməyə huquq var?

  • Cavab: AR Əmək Məcəlləsinin 70 "ç" və 73 "a" maddələrinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onunla bağlanmış əmək müqaviləsinə xitam vermək üçün əsasdır. Bu zaman müvafiq əmr AR ƏM-nin 70 "ç" maddəsi ilə əsaslanmalı, əmrdə əmək müqaviləsinə xitam verilməsinin səbəbi göstərilməlidir.
  • Göndərən: Cavid Ağaquliyev Göndərildiyi tarix: 14.05.11
  • Sual: Salam hörmətli hüquqşünas,

    Konkret suala keçmək istəyirəm. Mən gələn aydan etibarən Amerikan şirkətinin biri ilə müqavilə bağlayaraq burada işləyəcəm. Onlar maaşın ödənməsi mövzusunda mənə 2 variant təklif edirlər. 1-) Amerikan bank hesabına 2-) Azərbaycandakı hərhansı bir bank hesabına
    Amerikan hesabına maaş yatacağı halda aydındır ki buranın hüquq qaydalarına uyğun olaraq vergi tutulacaq. Mənim sualım bundan ibarətdir ki əgər 2ci variantı seçəcək olsam mənə hər ay köçürüləcək köçürüləcək məbləğdən vergi tutulacaqmı Əgər tutulacaqsa bunlar; - nə vergiləri olacaq, - neçə faiz təşkil edir, - aylıqmi, - illikmi ödənilməlidir və s..

    Zəhmət olmazsa bu suallarımı mümkün qısa zaman dairəsində cavablandırasınız.
    Öncədən ayırdığınz zaman üçün təşəkkür edirəm.

    Hörmətlə,

    Cavid

  • Cavab: Hörmətli Cavid,
    məktubunuzdan belə başa düşülür ki, Siz, işəgötürən ilə bağlanılan əmək müqaviləsi üzrə əmək haqqından tutulan vegilər ilə maraqlanırsınız. Nəzərinizə matdırırıq ki, Azərbaycan Respublikasında qeydiyyatı olan İşəgötürən ilə bağlanılmış əmək müqaviləsi üzrə aylıq əmək haqqı məbləğindən vergilərin tutlması AR Vergilər Məcəlləsinin 101-ci maddəsinə əsasən aşağıdakı qaydada həyata keçirilir:
    1. 1 000 AZN-dək olan aylıq əmək haqqı məbləğindən - həmin məbləğin 14%;
    2. 1 000 AZN-dən çox olan aylıq əmək haqqı məbləğindən - 140 AZN + 1 000 AZN-dən çox olan məbləğin 35%.
    Əmək müqaviləsi üzrə əmək haqqı iilik ödənildikdə vergitutma aşağıdakı qaydada həyata keçirilir:
    1. 12 000 AZN-dək olan iilik əmək haqqı məbləğindən - həmin məbləğin 14%;
    2. 12 000 AZN-dən çox olan illik əmək haqqı məbləğindən - 1 680 AZN + 12 000 AZN-dən çox olan məbləğin 35%.
    Yuxarıda göstərilənlərdən əlavə olaraq "Sosial sığorta haqqında" AR Qanunun 14-cü maddəsinə əsasən aylıq əmək haqqı məbləğinin 3% məcburi dövlət sosial sığorta haqqı kimi tutulur.
  • Göndərən: Aytən Quliyeva Göndərildiyi tarix: 14.06.11
  • Sual: əmək kitabçası doldurulan zaman sürücülərə verilən ixtisas sinfi qeyd olunmalıdırmı?

  • Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının" 3.2-ci maddəsinə görə işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır.
    İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.
    “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir.
    3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır.
    İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır.
    İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır.
    Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir.
    Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir.
    Qaydalar;n tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
    http://e-qanun.az/print.php?internal=view&target=1&docid=16030&doctype=0
  • Göndərən: Nergiz Göndərildiyi tarix: 02.01.12
  • Sual: Salam. Boshanma ile elaqedar sualim var. Yoldashimin adina olan avtomobil (evlendikden sonra alinib) ve menzil ( ipotekadadir hazirda, lakin orada yashamamishiq, propiskada deyilik) var. Bilmey isterdim ayrilsag mene ve ogluma nese dushur bunlardan yoxsa yox. Xatirladim ki, hemin menzil boshdu, yoldashim ise öz valideynlerinin evinde yashayir ve orada qeydiyyatdadir.

    Evvelceden teshekkur edirem

  • Cavab: Salam. Sualınıza cavab olaraq bildirirk ki, AR Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nigah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nigah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Nəzərə alın ki, nigah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə edilən əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti sayılır. İpoteka ilə alınan mənzil aranızda bölündüyü halda aldığınız ipoteka krediti üzrə müvafiq tarixə olan borc qalığı da eyni qaydada bölünəcəkdir.
Səhifələr 1 2