Kamil Məmmədov

Cb.Kamil Məmmədov "Məmmədov və Partnyorlar" hüquq şirkətinin təsisçisidir.

Cb. Kamil Məmmədov 1995-ci ildən hüquq sahəsində çalışır. Dövlət müstəntiqi kimi 6 illik təcrübəyə malikdir. Cb. Məmmədov mülki icraat hüquqşünasıdır və iqtisad mübahisələri üzrə məhkəmə prosesləri sahələrində böyük təcrübəyə malikdir. Onun nəzərəçarpacaq məhkəmə prosesi təcrübəsinə bir sıra işlər daxildir və bu işlərdə o çox böyük uğur və səriştə ilə neft, inşaat və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil etmişdir.

Cb.Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının aktiv üzvüdür.

Təhsili: Hüquq fakültəsi, Bakı Dövlət Universiteti (1992)
Rövşən Aşurov

R. Aşurov "Məmmədov və Partnyorlar" hüquq şirkətinin hüquqşünasıdır. Cənab Aşurov 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Əmlak və əşya hüququ, eyni zamanda gömrük qanunvericiliyinin tətbiqi sahəsində praktiki təcrübəyə malikdir.

Cənab Aşurov çoxlu sayda məhdud məsuliyyətli cəmiyyətlərin, açıq və qapalı tipli səhmdar cəmiyyətlərin dövlət qeydiyyatı, həmçinin kiçik və orta dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş proseduraları icra etmişdir.

Təhsili: Hüquq fakültəsi, Bakı Dövlət Universiteti (1999)
Mehriban Kərimova

M. Kərimova "Məmmədov və Partnyorlar" hüquq şirkətinin hüquqşünasıdır. Xanım Kərimova 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Müxtəlif predmetli müqavilələrin tərtibi, şərhi, ümumiyyətlə müqavilə hüququnun tətbiqi sahəsində praktiki təcrübəyə malikdir.

Təhsili: Hüquq fakültəsi, Bakı Dövlət Universiteti (2000)
Dadash Nəcəfov

D. Nəcəfov "Məmmədov və Partnyorlar" hüquq şirkətinin hüquqşünasıdır. D. Nəcəfov 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini bitirib. Müxtəlif tipli mulki müqavilələrinin tərtib və şərh edilməsində praktiki təcrübəyə malikdir.

Təhsili: Hüquq fakültəsi, Bakı Dövlət Universiteti (2003)